logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ədalət Yusibovadan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2020, 12:08

Müzəffər Ali Baş Komandan.

Qarabağ zəfəri əzəmətli xalqımızın, rəşadətli, mərd oğullarımızın, dövlət siyasətini uğurla davam etdirən tədbirli, uzaqgörən Prezidentimizin zəfəridir. Bu gün bu qələbə xəbəri ilə Azərbaycan xalqı sanki bir daha doğuldu. Bir məğrur xalqın nümayəndəsi kimi şanlı Azərbaycanımızın zəfərinə, qələbə çalacağına bütün qəlbimlə inanırdım. Ulu Öndər, müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin davamçısı olaraq, cənab Prezident, Sizin Azərbaycan xalqı qarşısında xidmətləriniz, beynəlxalq arenada uğurlu siyasətiniz təqdirəlayiqdir. Eşq olsun müzəffər Ordumuza! Eşq olsun, iradəli Azərbaycan xalqına! Eşq olsun, müzəffər Ali Baş Komandana! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ədalət Yusibova

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi