logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kəmalə Azadovadan, Kürdəmir, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2020, 11:58

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizi bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Mən Sizinlə fəxr edir, qürur duyuram. Apardığınız uğurlu siyasətə görə Sizə təşəkkür edirəm. Hələ ömrümüzdə belə xoş günlər yaşamamışdıq. Siz bunu bizə yaşatdınız. Mən bir pedaqoq kimi sevinirəm ki, bundan sonra şagirdlərimizə kədərli işğal tarixlərini yox, şanlı qələbəmiz haqqında danışacam. Bu şərəfli duyğuları bizə yaşatdığınız üçün bir daha Sizə minnətdaram. Mən həm də 71 yaşlı qarabağlı anamın hədsiz sevincini və minnətdarlığını Sizə çatdırıram. Onun bu həyatda ən böyük arzusu Şuşanın işğaldan azad olunması idi. Siz onu bu arzusuna çatdırdınız. Nə yaxşı ki, Sizi seçmişik və Siz bizim Prezidentimizsiz! Uca Tanrı Sizi qorusun! Yaşasın Azərbaycan!

Hörmətlə,

Kəmalə Azadova

Müəllim

Azərbaycan Respublikası, Kürdəmir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi