Tahir Qarayevdən, Masallı, Azərbaycan


13 noyabr 2020, 11:52
Hörmətli cənab Prezident,
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığınız qətiyyətli siyasətinizə görə ailə üzvlərimin və şəxsən öz adımdan minnətdarlığımızı bildiririk.
Ən böyük arzumuz torpaqlarımızın azad edilməsi idi. Sizə və ordumuza bu arzunu həyata keçirdiyinizə görə təşəkkür edirik.
Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Cəbhədə baş verən döyüş günlərində qazandığımız qələbə, zəfər bizi qürurlandırır. Hər zaman Sizin yanınızdayıq.
Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş müharibə veteranı kimi uzaqgörən, müdrik, strateji siyasətinizi dəstəkləyirəm. Həmçinin Masallı xalqının, Köhnə Alvadı kənd camaatının, həmçinin dövlətə və dövlətçiliyə, sədaqətlə, şərəflə xidmət etmiş Qarayevlər nəslinin nümayəndəsi kimi Sizi alqışlayıram. Sizin vətənpərvər, qətiyyətli, cəsarətli rəhbərliyiniz altında Qarabağ uğrunda haqq savaşında daim yanınızdayıq.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti, Ali Baş Komandanı var. Siz bu gün Azərbaycanın şərəfli tarixini öz əllərinizlə yazırsınız.
Yolunuz haqq yoludur, Allah Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Qarayev Tahir Salman oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi.