Zaqatala rayonu Müalicə-Diaqnostika Mərkəzinin kollektivindən, Zaqatala, Azərbaycan


13 noyabr 2020, 11:19
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Ordumuzun mərd, igid oğulları düşmənə vurduğu zərbələrlə tarixi ədaləti uğurla və qətiyyətlə bərpa etdi. Azərbaycanın dilbər guşəsi olan Şuşanı, eyni zamanda digər torpaqlarımızı işğaldan azad edərək yenidən özümüzə qaytardı. Bu münasibətlə Sizi və Azərbaycan xalqını Zaqatala rayonu Müalicə-Diaqnostika Mərkəzinin kollektivi olaraq ürəkdən təbrik edirik. Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Bu müqəddəs yolda şəhid olan Vətən övladlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Zaqatala rayonu Müalicə-Diaqnostika Mərkəzinin kollektivi
Azərbaycan Respublikası, Zaqatala rayonu.-0-