Baloğlan Ağamalıyevdən, Neftçala, Azərbaycan
Text size


13 noyabr 2020, 11:12
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Bu Qələbə bir şəhid atası kimi məni çox sevindirdi. Bütün şəhidlərin qisasını almaqla yanaşı 1993-cü ildə döyüşlərdə şəhid olmuş oğlum Rövşənin də qisası müzəffər Ordumuz tərəfindən alındı. Xalqımız bir utanc hissindən, vicdan əzabından xilas oldu. Torpaqlarımız özümüzə qaytarıldı. Bütün bunlara görə bütün neftçalalılar, şəhid ailələri adından Sizə minnətdarlıq edir, dərin hörmət və ehtiramımı bildirirəm.
Cənab Prezident, Sizinlə fəxr edirik!
Hörmətlə,
Baloğlan Ağamalıyev
Azərbaycan Respublikası, Neftçala rayonu, Bankə qəsəbəsi.