Sahilə Mehdiyevadan, Cəbrayıl, Azərbaycan


12 noyabr 2020, 20:06
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə minnətdarlıq məktubunu ünvanlayan Cəbrayıl rayon sakini, Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbin tarix müəllimi, həmçinin Qarabağ müharibəsi zamanı şəhid olmuş Mehdiyev Zahidin ailə üzvlərindən biridir. Şəhidimizin valideynləri ömürlərini torpaqlarımızın azad olunması və şəhidlərimizin qisasının alınması arzusu ilə yaşadılar və bu nisgillə də dünyadan köçdülər. Doğma torpaqlarımızın düşmən tapdağı altında olması şəhidlərimizin də ruhlarını narahat edirdi.
Cənab Ali Baş Komandan, Siz verdiyiniz qərarlar və qətiyyətli mövqeyinizlə vəziyyəti dəyişdiniz, 27 illik nisgilə son qoydunuz. Hər verdiyiniz zəfər xəbərləri ilə sevincimizin həddi-hüdudu daha da artır. Buna görə Sizə və şanlı Ordumuza dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, hər bir vətəndaşımız kimi, mən də bir müəllim olaraq öhdəmə düşən vətəndaşlıq və vəzifə borcumu layiqincə yerinə yetirməyə çalışıram. Şagirdlərimə təhsillə bərabər vətənpərvərlik hissləri də aşılayıram. Bu gün hər bir Azərbaycan vətəndaşı şanlı Ordumuzla fəxr edir, qürur duyur. Bu qürur hissini bizlərə yaşatdığınız və milli birliyə nail olduğunuz üçün Sizə dərindən təşəkkür edirəm. Başladığınız çətin, eyni zamanda, şərəfli yolda Sizə uğurlar arzulayıram. Vətənin hər çağırışına hazırıq! Var olsun Azərbaycan və onun şanlı Ordusu!
Hörmətlə,
Mehdiyeva Sahilə Təbriz qızı.
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi.