Muraz Quliyevdən, Gəncə, Azərbaycan


12 noyabr 2020, 19:44
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Azərbaycan xalqının qürur mənbəyi, məğlubedilməz Lideri və yenilməz Sərkərdəsisiniz. Siz ulu öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirməklə, düzgün xarici, daxili, hərbi siyasət, düşünülmüş hərbi strategiya nəticəsində Azərbaycan xalqının ən böyük, ağrılı, acılı problemi olan "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ" münaqişəsini həll etdiniz və Qələbəmizi tarixə əbədi həkk etdirdiniz. Bizə yaşatdığınız bu qürur dolu günlərə, zəfər sevincinə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tarixinin ən parlaq səhifəsini yaşayır.
Tanrı Sizi qorusun, bütün işlərinizdə Sizə kömək olsun!
Yaşasın Alı Baş Komandan, Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır!
Hörmətlə,
Quliyev Muraz Səəddin oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.