logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nəzirə Dəmirovadan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 19:36

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Bir naftalanlı olaraq Azərbaycan bütün vətəndaşları kimi mən də Sizinlə qürur duyuram. Siz beş barmağınızı bir yerdə möhkəm sıxaraq və onu xalqın dəmir yumruğu adlandıraraq Azərbaycan xalqını birləşdirdiniz. Xalq-İqtidar birliyini dünyaya nümayiş etdirdiniz. Sizin müdrik və qətiyyətli siyasətiniz sayəsində dövlətimizin gücünə bələd olmayan dövlət qalmadı. Bu şanlı və tarixi Qələbə münasibətilə Sizi, müzəffər Ordumuzu və xalqımızı təbrik edirəm.

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyərək, dediyini həyata keçirən dahi sərkərdəmiz, Allah Sizi var eləsin!

Hörmətlə,

Nəzirə Dəmirova

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi