logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həsən Həsənovdan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 19:34

Hörmətli Prezident, möhtərəm Sədr, müzəffər Ali Baş Komandan.

İcazə verin, xalqımızın 30 il həsrətində olduğu, Sizin kimi fateh bir rəhbərin və cəsur Azərbaycan əsgərinin ölçüyəgəlməz cəsarəti sayəsində işğalçı Ermənistan üzərindəki tarixi Qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının Şəki təşkilatı, onun 11773 nəfər üzvü və bütün Şəki ictimaiyyəti adından Sizi ürəkdən təbrik edim. Nə qədər xoşbəxt bir şəxsiyyətsiniz ki, Ümummilli Liderimiz, partiyamızın yaradıcısı atanızın Sizə olan vəsiyyətini uğurla və uzaqgörənliklə həyata keçirdiniz. Mümkünsüz hesab ediləni mümkün etdiniz. Ulu Öndərimizin məzarı önündə və Şəhidlər xiyabanında Qarabağımızın tacı olan Şuşanın azad olunması barədə raport verdiniz. Siz, Azərbaycanın yeni və şərəfli tarixini yazdınız. Yüz illərlə Azərbaycan xalqına, türkçülüyə düşmənçilik münasibəti bəsləyən erməni vandalizminə tutarlı dərs verdiniz. Xalqımızın başını ucadan da uca etdiniz.

Cənab Prezident, Sizin “Qarabağ Azərbaycandır!” ifadəniz xalqın dilində Qələbəmizin simvoluna çevrildi. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi kimi dərin və uzun müddətli münaqişəni müdrik siyasətinizlə həll etməklə tarix yaratdınız. Türkiyə-Azərbaycan qardaşlığı Sizin və Rəcəb Tayyib Ərdoğanın qardaşlığı sayəsində əbədiyyətə qədər gedəcək.

Allah Sizi qorusun! Sizin rəhbərliyinizlə Azərbaycanın yeni uğurları hələ qarşıdadır.

Hörmətlə,

Həsən Həsənov

Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının sədri

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi