logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nüsrət Muradovdan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 19:29

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bu möhtəşəm qələbə günümüz, sülh müqaviləmiz mübarək olsun!

İşğal olunmuş ərazilərimizi, o cümlədən qədim şəhərimiz Şuşanın işğaldan azad edilməsi xəbəri ilə bizə yaşatdığınız fərəh hisslərinə görə Sizə ailəm və şəxsən öz adımdan sonsuz təşəkkür edirəm. Siz igid əsgər və zabitlərimizlə birlikdə yeni şanlı tarix yazdınız. Sözsüz ki, bu böyük qələbə təkcə silahın gücü ilə qazanılmayıb. Bu möhtəşəm zəfər Sizin eyni vaxtda üç əsas cəbhədə - döyüş meydanında, siyasi müstəvidə və informasiya müharibəsində apardığınız gərgin mübarizə və yorulmaz fəaliyyət, nümayiş etdirdiyiniz misilsiz taktika və diplomatik məharət sayəsində mümkün olub. Hamımızı, xalqımızı uzun illər həsrətinə qovuşduran bu müqaviləni imzalayan əlləriniz var olsun! “Bir gün gələcək, bütün torpaqlarımızı azad edəcəyik!" deyən ulu öndərimiz Heydər Əliyevin ruhu şad olsun! Bu xoşbəxt günü xalqımıza Siz yaşatdınız! Bu gün bir çox ölkələrdə yaşayan hər bir azərbaycanlı deyir: Eşq olsun Ali Baş Komandana! Eşq olsun ordumuza, onun hər bir əsgərinə! Möhtərəm Prezident mən Cəbrayıl rayon sakini kimə sizə minnətdaram çox sağ olun bizə bu sevinci yaşatdığınız üçün, Siz bizim əbədi Prezidentimizsiniz.

Allah Sizi qorusun, Şəhidlərimizin ruhu şad olsun! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Muradov Nüsrət Qüdrət oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Güdəcühür köçkün düşərgəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi