Əhliman İsgəndərov, Saatlı, Azərbaycan
Text size


12 noyabr 2020, 18:26
Cənab Prezident!
Siz Heydər Əliyevin varisi və davamçısı olduğunuzu tək Azərbaycan xalqına deyil, hətta dünyaya bir daha sübut etdiniz. Heydər Əliyevin xarici və daxili siyasi xəttini işinizlə, əməlinizlə, layiqincə yerinə yetirməklə davam etdirirsiniz.
Cənab Prezident, nəhayət Qarabağın özəyi olan Şuşa şəhərini işğaldan azad etdiniz. Buna görə Sizə təşəkkür edirik. Əmin olun ki, bu xalq hər zaman Sizi dəstəkləyəcək və yanınızda olacaq. Mən bir vətəndaş kimi Sizin ömürlük Prezidentimiz olmağınızı istəyirəm.
Hörmətlə
İsgəndərov Əhliman Qəhrəman oğlu,
Azərbaycan Respublikası, Saatlı şəhəri.