logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Telman Cəlilov və Yulduz Salmanovadan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 17:40

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, bizə Qələbə sevincini bəxş etdiyiniz üçün Sizə dərin təşəkkür edirik. Biz bu Qələbəyə görə qəhrəman əsgərlərimizə və Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərimizə borcluyuq. Onların əzmi, cəsarəti, mərdliyi nəticəsində Azərbaycan öz əzəli torpaqlarına qovuşur.

Allah Sizə uzun ömür və cansağlığı versin. Siz ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Bu yolda biz də daim Sizin yanınızdayıq.

Eşq olsun Sizə və komandanlıq etdiyiniz Ordumuza!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Telman Cəlilov - birinci qrup əlil

Yulduz Salmanova

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi