Zülfiyyə İsmayılovadan, Bakı, Azərbaycan
Text size


12 noyabr 2020, 17:32
Cənab Prezident, qalib ata, məğrur sərkərdə, qeyrətli oğul.
Mən bir anayam, Sizi özümün və övladlarımın adından təbrik edirəm. Siz bizim körpə balalarımıza qələbə hissini yaşatdınız, onlar həyata qalib kimi başlayırlar, bu hiss onları çox irəliyə aparacaq və ölkəmizin çiçəklənməsi yolunda onlara rahat bir yol açdınız. Sizin göstərdiyiniz səbr, mədəni duruş və alicənablığınız biz analara övladlarımızı tərbiyə etməkdə bir nümunə oldu. Ailəmiz adından Sizə təşəkkür edirik və arzu edirik ki, Siz bizim əbədi Prezidentimiz, sığınacağımız ata ocağı olasınız. Allah Sizi qorusun!
Hörmətlə,
Zülfiyyə İsmayılova
Azərbaycan Respublikası, Bakı şəhəri.