logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həmid Manafovdan, Kürdəmir, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 17:28

Çox hörmətli Prezidentimiz,

Mənim 75 yaşım var, əslən Qarabağlı olmasam da, bu torpaqların düşmən tapdağı altında olması məni həmişə narahat edib.

30 ilə yaxın işğal altında olan doğma yurd yerlərimiz Sizin və güclü Ordumuzun sayəsində geri alındı. Azərbaycanın suyu, havası, çörəyi ilə dolanan xain ermənilər, bizə düşmən kəsildilər.

Hər gün televiziya ekranlarından işğaldan azad olunan kəndlərimizin, şəhərlərimizin xarabalığa çevrildiyini görəndə ürəyim ağrıyır, lakin qalib gəldiyimiz üçün, həsrətində olduğumuz ərazilərimizi geri aldığımız üçün hamı kimi mən də çox sevinirəm.

Allah Sizə möhkəm cansağlığı, uzun ömür versin. Allah Sizi qorusun. Bundan sonrakı işlərinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Mən aşiq Ordubada,

Gəl gedək Ordubada.

Komandir möhkəm olsa,

Verməz Ordu bada.

Hörmətlə,

Manafov Həmid

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Cəyli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi