Fənarə Alıyevadan, Bakı, Azərbaycan


12 noyabr 2020, 17:14
Əziz və müzəffər Ali Baş Komandanımız.
Sizə bu tarixi qələbə sevincini bizə yaşatdığınız üçün minnətdarlığımızı bildiririk. Bir daha bütün dünyaya Azərbaycan xalqının həm hərbi, həm də siyasi gücünü sübut etdiniz. Bu gün hər birimiz bütün dünyada fəxrlə deyə bilərik: Biz fəxr edirik ki, azərbaycanlıyıq! Allah Vətən uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımıza rəhmət etsin. Mürəkkəb ilə yazılan tarix sadəcə tarixdir, amma, şəhid qanı ilə yazılan tarixsə şanlı tarixdir. Biz bu gün Ali Baş Komandan və igid qəhrəmanlarımızın sayəsində şanlı tarix yazdıq.
Əziz və müzəffər Ali Baş Komandanım, arzu edirəm ki, xalqımızı hər zaman qələbə xəbərləri ilə sevindirəsiniz.
Yaşasın Azərbaycan! Biz geri qayıtdıq, Qarabağ!
Hörmətlə,
Fənarə Alıyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Maştağa qəsəbəsi.