logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cahangir Əsgərovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 17:06

Möhtərəm cənab Prezident.

Aviasiya işçiləri adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Böyük Qələbə münasibətilə təbrik edirəm! Bu qələbə ordumuzu döyüşlərdə ruhlandıran, şücaətə ilhamlandıran sarsılmaz iradənizin, cəsarət və mərdliyinizin nəticəsidir.

Uzun illər ərzində gözlədiyimiz bu xoşbəxt günü bizə bəxş etdiyiniz üçün Sizə - Ali Baş Komandana sonsuz təşəkkürümüzü bildiririk.

Bu gün bütün Azərbaycan xalqı qısa müddətdə bizi Qələbəyə aparan fədakar siyasi kursunuzla hədsiz dərəcədə fəxr edir. Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında haqlı olaraq bizə məxsus olan qədim torpaqlarımız geri qaytarıldı.

Siz Azərbaycanın işğalla əsla barışmayacağını bütün dünyaya göstərdiniz və sübut etdiniz. Komandanlığınız altındakı rəşadətli ordumuz erməni işğalçılarını tarixi Azərbaycan torpaqlarından müstəqil şəkildə qovdu. Düşmən igid əsgər və zabitlərimizdən layiqli cavab alaraq rüsvayçılıqla qaçdı. Beynəlxalq hüquqa əsaslanan ədalətli mübarizədə ölkəmiz zəfər çaldı. Azərbaycanın bu uğuru dünyanın hər yerindən milyonlarla Azərbaycanlının qəlbində sonsuz qürur hissi oyadır.

Qarabağın azad edilməsi düşüncəsi bizi ruhlandırır. Vətən üçün bu həyəcanverici və taleyüklü günlərdə Azərbaycan xalqının qəhrəmanlıq tarixini təcəssüm etdirən ay və ulduzlu möhtəşəm üçrəngli bayrağımız yenidən Qarabağda - əcdadlarımızın torpağında şərəflə dalğalanır. Siz Azərbaycan xalqının on illərlə qəlbində bəslədiyi arzusunu həyata keçirdiniz, doğma yurduna olan 30 illik həsrətinə son qoydunuz, hər bir Azərbaycanlının doğma Azərbaycanın və ümumiyyətlə, bütün Qafqazın qədim incisi olan gözəl Şuşanı tezliklə ziyarət etmək diləyini yerinə yetirirsiniz.

Bu gün Azərbaycan özünü beynəlxalq aləmdə layiqincə sübut etmiş bir ölkədir. Siz isə onun layiqli Prezidentisiniz, xalqınızı və dövlətinizi dərindən sevən cəsur bir sərkərdə və şərəfli müasir tarixin yaradıcısısınız!

Möhtərəm cənab Prezident, işğal altında olan doğma torpaqlarımızın hər qarışını düşməndən azad etdiyiniz üçün Sizi və Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Böyük Qələbə üçün minnətdarlığımı bildirirəm!

Qarabağ əbədi Azərbaycandır!

Dərin hörmətlə,

Cahangir Əsgərov

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi