Etibar Abdulovdan, İsmayıllı, Azərbaycan


12 noyabr 2020, 16:22
Müzəffər Ali Baş Komandan!
Cənab Prezident İlham Əliyev, Sizi və timsalınızda bütün Azərbaycan xalqını İsmayıllı rayonu 7 nömrəli tam orta məktəbin kollektivi adından salamlayır və tarixi Qələbəmiz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizin siyasi iradəniz, uzaqgörənliyiniz nəticəsində Qarabağ münaqişəsi böyük bir təntənə ilə, ölkəmizin qələbəsi ilə tamamlandı. Bu böyük uğurun qazanılmasında Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusu müasir tariximizə qızıl hərflərlə şanlı bir zəfər yolu yazdı. Şəhidlərimizə Allahdan rəhmət və yaralılarımıza şəfqət diləyirik. İnanırıq ki, Qarabağımızın dinamik inkişafı qısa bir zamanda baş verəcək və yüz minlərlə qaçqın və köçkünlərimiz öz doğma yuvalarına dönəcəklər. Bu həssas günlərdə hamımız Qarabağlıyıq və onların sevinc hisslərinə şərikik. Biz Sizə həmişə inanırıq. Qarabağ Azərbaycandır!
Hörmətlə,
Abdulov Etibar Ələfsər oğlu,
Azərbaycan Respublikası, İsmayıllı rayonu.