logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mətanət Qarayevadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 15:18

Müzəffər Ali Baş Komandan!

Əzəli Azərbaycan torpaqlarının incisi Qarabağın, onun göz bəbəyi Şuşanın işğaldan azad olunması ilə bağlı məktəbimizin kollektivi adından Sizə öz dərin minnətdarlığımızı və sonsuz təşəkkürümüzü bildiririk.

Bu, böyük bir tarixdir. Biz təhsil işçiləri məktəblilərə bu tarixi sevə-sevə, fəxarət hissi ilə öyrətməli və təbliğ etməliyik.

Allah Sizi qorusun, cənab Prezident. Xalqımız hər zaman Sizinlədir.

Hörmətlə,

Qarayeva Mətanət,

Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi