İbrahim İbrahimovdan, Hacıqabul, Azərbaycan


12 noyabr 2020, 15:15
Hörmətli əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandan!
Sizin qətiyyətli rəhbərliyiniz və yüksək sərkərdəlik məharətiniz sayəsində Azərbaycanımızın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərini düşmən işğalından azad etməklə noyabrın 8-də xalqımıza böyük qələbə sevinci bəxş etdiniz. Bu qələbə Azərbaycanın zəfər salnaməsinə ən şərəfli qələbə tarixi olaraq qızıl hərflərlə yazılacaq. Bu böyük qələbə - Şuşa şəhərinin mənfur düşmənin işğalından azad edilməsi münasibəti ilə xalqımıza müraciətiniz ölkədə böyük ruh yüksəkliyi yaratmışdır.
Əziz Prezidentimiz, böyük qələbənin əldə edilməsi üçün ardıcıl olaraq ordu quruculuğu və ölkənin hərbi qüdrətinin gücləndirilməsi sahəsində misilsiz xidmətlər göstərmisiniz. Bu böyük qələbə münasibəti ilə Hacıqabul Suvarma Sistemləri İdarəsinin kollektivi adından Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, işğal altında qalan digər ərazilərimizin azad olunması üçün zəfərlər arzulayırıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
İbrahim İbrahimov
Azərbaycan Respublikası, Hacıqabul şəhəri.