Xalidə Daşdəmirovadan, Şəki, Azərbaycan


12 noyabr 2020, 15:08
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Sizin mərdliyiniz, təzyiqlərə sinə gərməyiniz, prinsipial mövqeyiniz, uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın müzəffər Ordusu torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun döyüş meydanında apardığı uğurlu döyüş əməliyyatları nəticəsində əldə edilən Qələbə münasibəti ilə Sizi ailə üzvlərinizlə birlikdə təbrik edirəm. Daim dualarımız Sizinlə olub. Bu gün də Sizə Allahdan cansağlığı, uzun ömür, daim sevincli olmağınızı arzulayıram.
Siz sözünüzün üstündə durmaqla bütün dünyaya bəyan etdiniz ki, Qarabağ Azərbaycandır!
Cənab Ali Baş Komandan, bir ana kimi fəxr edirəm ki, bu qələbənin qazanılmasında Azərbaycanın müzəffər Ordusunun zabiti, oğlum Qədir Daşdəmirovun da payı vardır. Vətən müharibəsi başlayan ilk gündən mərdliklə döyüşlərdə iştirak edən oğlum döyüşlərin birində ağır yaralanıb, hazırda müalicə olunur. Bütün yaralı döyüşçülərə Allahdan şəfa, şəhidlərimizə rəhmət, şəhid analarına səbir diləyirəm.
Eşq olsun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə!
Eşq olsun Azərbaycanın müzəffər Ordusunun hərbçilərinə!
Hörmətlə,
Daşdəmirova Xalidə Cəbrayıl qızı, hərbiçi anası.
Azərbaycan Respublikası, Şəki şəhəri.