“Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
Text size


09 aprel 2012, 19:30
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır :
Azərbaycan Respublikası “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” 2009-cu il mayın 22-də Astana şəhərində imzalanmış Sazişə Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il.