İnqilab Məmmədov və Pənah Məmmədovdan, Ağcabədi, Azərbaycan
Text size


12 noyabr 2020, 15:05
Müzəffər Ali Baş Komandan.
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edirik.
Şuşasız Azərbaycan qanadı sınmış Qartala bənzəyirdi. Ancaq tək qanadla olsa belə bu qartal uçdu və zirvələr fəth elədi. Çünki onun böyük ürəyi – İlham Əliyevi var. İndi bu qartalın qanadları da yerindədir, məğrurluğuna da ki, söz ola bilməz.
Bunun dəyərini xalqımız çox gözəl anlayır və elə buna görə də Sizə ən xoş sözlərini, ən xoş arzularını ərməğan edir. Ömrünüz uzun olsun, cənab Prezident!
Hörmətlə,
İnqilab Məmmədov
Pənah Məmmədov
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Təzəkənd kəndi.