logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əfsanə Rəhimovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 14:52

Müzəffər Ali Baş Komandan.

Sizin sayənizdə mənim ən böyük xəyallarımdan biri gerçəkləşdi. Heç bir zaman görmədiyim, ancaq xəyal etdiyim o cənnət diyarların hər qarışının, Laçının ətrini duyuram havadan. Bunun üçün Sizə çox təşəkkür edirəm. Şükürlər olsun ki, Sizin idarə etdiyiniz dövlətin, respublikanın vətəndaşıyam. Şükürlər olsun ki, bu xalqın övladıyam. Var olun, Allah ömrünüzü uzun, canınızı sağlam etsin və daim bu millətin Prezidenti olasınız. Siz bu dəmir iradəli xalqın, uğurlu gəncliyin qürur mənbəyisiniz. Mən də bu xalqın övladı olaraq qanımla, canımla Sizinləyəm. Siz yetər ki, öndə olun, əmr verin, biz arxanızdan gəlməyə, olmazları etməyə hazırıq. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əfsanə Rəhimova

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi