logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zahidə İsrafilovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 14:44

Hörmətli cənab Prezident.

Mən bir vətəndaş kimi bu məktub vasitəsilə torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə Sizə dərin təşəkkürümu bildirmək istəyirəm. Qələbə xəbərini eşidəndən bəri sevincimin həddi-hüdudu yoxdur. Sizin çıxışlarınız, müsahibələriniz, tvitləriniz yaddaşlarda əbədi qalacaq. Gələcək nəsil bunları görüb Sizinlə və rəşadətli Ordumuzla fəxr edəcək, necə ki biz indi fəxr edirik.

Var olun Ali Baş Komandanım, tarixi ədaləti bərpa etdiyiniz üçün. Sizə və Ordumuza bir daha təşəkkür edirəm. Allah Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür versin. Biz hər zaman Sizinləyik. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zahidə İsrafilova

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi