İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan


12 noyabr 2020, 14:18
Müzəffər Ali Baş Komandan!
Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Çünki Sizin rəhbərliyiniz altında şanlı Ordumuz erməni faşistləri üzərində tam qələbə çalaraq torpaqlarımızı işğaldan azad etdi. Bu münasibətlə şəxsən öz adımdan və ailə üzvlərim adından Sizi təbrik edirəm.
Cənab Ali Baş Komandan, Siz torpaqlarımızı mənfur düşməndən azad etməklə ulu öndərimiz Heydər Əliyevin ruhunu şad etdiniz, vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunu şad etdiniz.
Cənab Prezident, Vətən müharibəsinin bitməsi şəxsən mənim üçün doğum günümə ən böyük hədiyyə oldu.
Allah Sizi və Azərbaycan xalqını qorusun!
Hörmətlə,
Məhərrəmov İsmayıl Əsgər oğlu, ikinci qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.