Dilşad Şinğarovadan, Qusar, Azərbaycan


12 noyabr 2020, 13:17
Müzəffər Ali Baş Komandan.
10 noyabr - Ümummilli Qələbəni xalqımıza bəxş etdiyiniz üçün Sizə işlədiyim kollektiv və bütün qusarlılar adından minnətdarlığımı bildirirəm. Sentyabr ayının 27-dən hər dəfə polad biləkli yumruğunuzla "Qarabağ Azərbaycandır!" deyə xalqı birliyə, Ordumuzu isə qələbəyə ruhlandırdınız. Hər dəfə cəbhədən gələn xoş xəbərlər bizi Prezidentin ətrafına daha sıx birləşməyə çağırırdı. Bu gün qələbə xəbərini yaşayan qusarlıların sevincinin həddi-hüdudu yoxdur. Bizə bu sevinci yaşadan prezidentimiz İlham Əliyev cənablarına eşq olsun! Eşq olsun qəhrəman Ordumuza! Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Allah xalqımızı qorusun! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Dilşad Şinğarova
Əməkdar müəllim
Azərbaycan Respublikası, Qusar şəhəri.