Vüqar Səvzəliyev və Aişə Səvzəliyevadan, Sakarya, Türkiyə


12 noyabr 2020, 11:37
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Qarabağın Fatehi.
Sizi bizə bəxş edən Tanrıya şükürlər olsun. Türkiyənin Sakarya şəhərindən Sizə qucaq dolusu salam və alqışlar göndəririk. Sizi, müdrikliyiniz və cəsarətiniz ilə sərkərdəlik etdiyiniz rəşadətli Azərbaycan Ordusunu və Azərbaycan xalqını təbrik edirik. Dünyanın tarixində əsrlər boyu həkk olunacaq bir səhifə açdınız. Ürəyi Vətənlə döyünən bütün azərbaycanlılar adından Sizə təbriklərimizi çatdırır və minnətdarlığımızı bildiririk.
Eşq olsun Azərbaycanın Ali Baş Komandanına!
Eşq olsun Azərbaycan əsgərinə!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Vüqar Səvzəliyev
Aişə Səvzəliyeva
Türkiyə Respublikası, Sakarya şəhəri.