Orxan Qurbanovdan, Bakı, Azərbaycan


12 noyabr 2020, 11:28
Cənab Müzəffər Ali Baş Komandan!
Mən özümü xoşbəxt hiss edirəm ki, Sizin rəhbərliyinizlə qüdrətli və rəşadətli Ordumuz Vətənimizin işğal altındakı torpaqlarını azad etməkdədir. Xüsusilə noyabrın 8-də Azərbaycanın döyünən ürəyi Şuşa şəhərinin azad olunması tariximizin Sizin tərəfinizdən yazılmış yeni şanlı səhifəsidir.
Mən 8 aydan sonra zabit olacağam. Özümü çox şanslı hiss edirəm ki, mənim gənc zabit olmağım Sizin kimi Müzəffər Ali baş komandanımızın rəhbərliyi altında Azərbaycanımızın daha da çiçəkləndiyi dövrə təsadüf edəcək. Yaşa, Yaşa Ali Baş Komandanım!!! Qələbələrimiz həmişə Sizinlə olacaq. Allah Sizi və dövlətimizi qorusun. Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qurbanov Orxan Ədalət oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.