Sərəngiz Əliyevadan, Şamaxı, Azərbaycan
Text size


12 noyabr 2020, 11:20
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Bu gün Azərbaycan xalqı böyük sevinc və qürur içərisindədir.
Siz tarix yazdınız. Qan yaddaşımızı sildiniz.
Çox sevincliyəm ki, biz gənclər artıq doğma yurdumuzu – Kəlbəcəri ata-anamızın dilindən deyil, Sizin və şanlı Ordumuzun sayəsində öz gözlərimizlə görəcəyik.
Sizin də dediyiniz kimi: “Noldu, Paşinyan?” deməklə onlara Azərbaycanın gücünü göstərdiniz.
Uca Tanrım Sizi və Ordumuzu qorusun!
Hörmətlə,
Sərəngiz Əliyeva
Azərbaycan Respublikası, Şamaxı rayonu, Nağaraxana kəndi.