logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Albina Ramazanovadan, Qusar, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2020, 10:05

Hörmətli cənab Prezident.

Qazandığımız qələbələrin mahir təşkilatçısı, baş memarı Sizsiniz. Xalqımız üçün qəhrəmanlar qəhrəmanısınız. Sizin sərrast danışığınız, məntiqli siyasətiniz mərdanə duruşunuz düşmənin gözünə iynə kimi batır, xalqımızın isə ürəyini riqqətə gətirir.

Qarabağın ürəyi olan Şuşanın azad edilməsi xəbəri biz qusarlıları hədsiz sevindirdi. Bizə yaşatdığınız xoş duyğuları, zəfər hisslərimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sizdən eşitdiyimiz bu xoş xəbər ömrümüzün ən gözəl qələbə müjdəsidir.

Siz xoşbəxt insansınız. Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazırsınız.

Tanrı Sizi və şanlı Ordumuzu qorusun!

Biz Şuşaya qayıtmışıq!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Albina Ramazanova

Azərbaycan Respublikası, Qusar rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi