logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nazim Ağayevdən, Xaçmaz, Azərbaycan

Text size icon-size icon-size

11 noyabr 2020, 20:23

Əziz və sevimli Prezidentim,

Milli ruhumuzu, milli qürurumuzu, iftixar hissimizi özümüzə qaytardığınız üçün, bu tarixi, möhtəşəm qələbəni xalqımıza yaşatdığınız üçün və qalibiyyət sevincini bizlərə bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimi və dərin minnətdarlığımı bildirirəm.

Bu zəfərlərin əldə edilməsi Sizin düşünülmüş və uzaqgörən siyasətinizin, qətiyyətli addımlarınızın bariz nümunəsidir. Haqq-ədalət yolunda aparılan mübarizəmizdə Ali Baş Komandan olaraq Sizə daim güvənmişik. Bu günlərdə yaşadığımız qalibiyyət coşqusu bizlərə sevinc göz yaşları bəxş edir.

Allah Sizdən razı olsun! Allah Sizi qorusun!

Hörmətlə,

Ağayev Nazim

Azərbaycan Respublikası, Xaçmaz şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi