logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hüseyn Quliyevdən, Daşkənd, Özbəkistan

Text size icon-size icon-size

11 noyabr 2020, 20:12

Möhtərəm cənab Prezident.

Sizi və Sizin simanızda qeyrətli Azərbaycan xalqını, dünya azərbaycanlılarını və müzəffər Azərbaycan Ordusunu illərdir gözlədiyimiz möhtəşəm Qələbə münasibəti ilə öz adımdan, səfirliyin və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm.

Ali Baş Komandanımız, bu gözəl Qələbənin memarı kimi, Sizin rəhbərliyinizdə, Sizin sarsılmaz iradəniz, qətiyyətli siyasətiniz, səyləriniz və yorulmaz fəaliyyətinizin nəticəsi kimi, bizə bu unudulmaz zəfəri bəxş edən rəşadətli Azərbaycan Ordusunun önündə baş əyərək, bu şərəfli və xoşbəxt günləri bizə yaşatdığınıza görə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi və Azərbaycan xalqını qorusun!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Hüseyn Quliyev

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri

Özbəkistan Respublikası, Daşkənd şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi