logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nadir Mirzəyev və başqalarından, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

09 aprel 2012, 17:00

Möhtərəm Prezident!

Ümummilli liderimiz, ulu öndərimiz, dahi rəhbərimiz tərəfindən ölkəmizdə təhsilin, mədəniyyətin və səhiyyənin, o cümlədən elmin, elmi müəssisələrin inkişafına göstərilən yüksək diqqət və qayğının, bu sahədə çalışanların əməkhaqlarının artırılmasının, onların müxtəlif orden və medallarla təltif edilməsinin şahidi olmuşuq.

Sizin Cəlilabad rayonunda ziyalılarla görüşünüz, son illərdə rayondan 6 nəfərin “Əməkdar müəllim” fəxri adına, 5 nəfərin “Tərəqqi” medalına layiq görülməsi, 2 məktəbin 2011-ci ildə ilin məktəbi seçilməsi buna əyani sübutdur.

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizdə məktəb tikintisi geniş vüsət almışdır. Rayonun Alar kəndində Heydər Əliyev, Cəlilabad şəhərində Zərifə Əliyeva adına möhtəşəm məktəb binalarının tikintisi, bundan əlavə Gülməmmədli kənd məktəbinin şagirdlərin istifadəsinə verilməsi, Cəlilabad şəhər 6 saylı məktəb binasının inşası təhsilə göstərdiyiniz qayğının nəticəsidir.

Hörmətli cənab Prezident, ölkəmiz inkişaf etdikcə Cəlilabad rayonu da tərəqqi etməkdədir. Cəlilabad-Yardımlı yolunun çəkilməsi və Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunun tikintisi üçün 2012-ci il 9 mart tarixli Sərəncamınızla Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmağınız bizi ürəkdən sevindirdi. İndi 14 kəndin 24 min nəfər sakini bu yeni yoldan istifadə edəcək və Sizə əbədi minnətdar olacaqdır.

Təkcə təhsilimizə deyil, ümumilikdə Cəlilabadın inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Cəlilabad rayonunun Əliabad kənd sakinləri adından Nadir Mirzəyev, Göytəpə şəhərinin sakinləri Asif Nüseynov, Məhəbbət Qafarov, Fərqiyyə Əliyeva, Vüqar Əskərov, Rəsul Yəhyayev və başqaları (cəmi – 41 imza).

Azərbaycan Respublikası, Cəlilabad rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi