logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gülüş Pirverdiyevadan, Qusar, Azərbaycan

Text size icon-size icon-size

11 noyabr 2020, 17:38

Hörmətli Prezidentimiz.

Sizin rəhbərliyinizlə Azərbaycan dövləti müasir inkişaf zirvəsinə yüksəlmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Şükürlər olsun, artıq bizim də Qələbə günümüz var. Qələbə bizimdir! Qələbə Azərbaycanındır! Qələbə sevincini bizə bəxş edən, bizə bu günü yaşadan tarix yazan sərkərdəmiz cənab İlham Əliyev, Sizinlə qürur duyuruq. Sizin və müzəffər Azərbaycan Ordusunun qarşısında baş əyirəm, təşəkkürümü bildirirəm. Mən bir daha fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Allah Sizi, Ordumuzu və xalqımızı qorusun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Hörmətlə,

Gülüş Pirverdiyeva

Azərbaycan Respublikası, Qusar rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi