Ədalət Abbasov və Əliş Abbasovdan, Ağcabədi, Azərbaycan


11 noyabr 2020, 13:06
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizi bir şuşalı, bir qarabağlı olaraq salamlayırıq. 28 ildir düşmən tapdağı altında olan və illərdir həsrətini çəkdiyimiz Şuşa şəhərini azad edərək özümüzə qaytardığınıza görə Sizə minnətdarıq. Torpaqlarımızla yanaşı bu millətin qürurunu da özünə qaytardınız, cənab Prezident. Siz bizim ömürlük Ali Baş Komandanımız olacaqsınız. Bu yolda Sizə uğurlar arzulayıram.
Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Ədalət Abbasov - müharibə veteranı
Əliş Abbasov
Şuşa şəhərindən məcburi köçkünlər
Azərbaycan Respublikası, Ağcabədi rayonu, 556 ailəlik məcburi köçkün qəsəbəsi.