İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatmışdır
Text size


06 aprel 2012, 19:10
Prezident İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Dövlət başçısı həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.