İlham Əliyev Praqada Çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşmüşdür
06 aprel 2012, 18:00
Prezident İlham Əliyev Praqada Çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşmüşdür.
Çexiyanın Baş naziri Azərbaycan dövlətinin başçısını qarşıladı.
Sonra Prezident İlham Əliyev və Baş nazir Petr Neças xatirə şəkli çəkdirdilər.
Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri Praqanın mənzərəsini seyr etdilər.
Daha sonra Azərbaycan dövlətinin başçısı Çexiyanın Baş nazirinin Fəxri qonaqlar kitabını imzaladı.
Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığı bildirildi. Azərbaycan Prezidentinin Çexiyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin əməkdaşlıq əlaqələrinin strateji səviyyəyə qalxmasına tövhə verəcəyi vurğulandı.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının zəruriliyinin bildirildiyi görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.