Azərbaycan və Çexiya Prezidentlərinin geniş tərkibdə görüş olmuşdur
Text size
05 aprel 2012, 16:10
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu görüşdə əlaqələrimizin siyasi, iqtisadi və digər sahələrdə möhkəmləndiyi bildirildi.
Görüşdə Azərbaycan ilə Çexiya arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində də uğurla davam etdirildiyi bildirldi.