logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Çexiya Respublikasına dövlət səfərinə gəlmişdir

Text size icon-size icon-size

04 aprel 2012, 23:20

Prezident İlham Əliyev Çexiya Respublikasına dövlət səfərinə gəlmişdir.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi