İlham Əliyev Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
02 aprel 2012, 13:15
Prezident İlham Əliyev Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Görüşdə Azərbaycan-Avropa İttifaqı çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.