Erdal Aksoydan, İstanbul, Türkiyə
07 noyabr 2020, 11:50
Hörmətli cənab Prezident,
Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik!
Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq Qələbəyə ümidləndirir
Cənab Prezident, hər gün televiziyadakı çıxışlarınızı, yeni Qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcədə dünyanın bir çox məşhur KİV-lərinə verdiyiniz müsahibələrinizi diqqətlə dinlədik. Sizinlə fəxr edir, qürur duyuruq. Siz haqlı tərəfsiniz, Sizin zəfər çalacağınıza əminik.
Sizə çox çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm. İnşallah, tezliklə bütün Azərbaycan xalqına böyük Qələbə sevinci yaşadacağınıza ürəkdən inanırıq.
Biz Sizinləyik və Sizə duaçıyıq. Sizi və qardaş Azərbaycan xalqını ürəkdən dəstəkləyirik. Allah Sizi və bütün əsgərləri qorusun! Vətən müharibəsində Azərbaycan Ordusuna Qələbə arzulayırıq!
Qarabağ Azərbaycandır!
Zəfər Azərbaycanındır!
Hörmətlə,
Erdal Aksoy
Türkiyə Respublikası, İstanbul şəhəri.