Bəhruz Hüseynovdan, Bakı, Azərbaycan


07 noyabr 2020, 11:28
Möhtərəm cənab Prezident, humanist rəhbər, müzəffər Ali Baş Komandan!
Azərbaycan dövlətinin və xalqının 2003-cü ildə növbəti dəfə bəxti gətirdi ki, Ulu Öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir Lider rəhbərlik etdi. Hər addımında qələbə duyulan, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik.
Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və qüdrətli ölkəmizin son illər əldə etdiyi bu nailiyyətlər, qazandığı uğurlar Sizin və Ulu Öndərin adı ilə bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, praqmatik, enerjili, qətiyyətli, müdrik və humanist bir Lider lazımdır.
Doğma Vətənimizi işıqlı gələcəyə doğru inamla aparın, cənab Ali Baş Komandan! Allah bu yolda Sizə kömək olsun.
Allah Sizi, xalqımızı və millətimizi qorusun!
Hörmətlə,
Hüseynov Bəhruz Məmmədağa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.