logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Zillur Rəhmana

Text size icon-size icon-size

27 mart 2012, 18:15

Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 mart 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi