Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


27 mart 2012, 18:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:
Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
Mahmudov Vüqar İsa oğlu - mayor
«Vətən uğrunda» medalı ilə:
Cəfərov Mahir Sabir oğlu - mayor
Əliyev Elçin Ərsalan oğlu - polkovnik
Qasımov Vüqar Qurban oğlu - polkovnik-leytenant
Məmmədov Abdulla Əli oğlu - polkovnik-leytenant
Muradov Seymur Nurəddin oğlu - kapitan
Novruzov Azər Elşən oğlu - baş leytenant
Rəşidov Elşən Ələşrəf oğlu - baş leytenant
«İgidliyə görə» medalı ilə:
Əkbərov İsrafil Gülməmməd oğlu - baş leytenant
Hacıyev Rəhim Tarix oğlu - kapitan
Hüseynov Mübariz Əlikram oğlu - mayor
Mehdiyev Azər Söhrab oğlu - mayor
Rəsulov Rəsul Mösüm oğlu - polkovnik
Səfərli Hüseyn Rəşid oğlu - polkovnik-leytenant
Usubov Mütəllim Məhiş oğlu - polkovnik
«Hərbi xidmətlərə görə» medalı ilə:
Allahyarov Namiq Nurəli oğlu - baş leytenant
Dadaşov Əşrəf Əli İsa oğlu - polkovnik
Əliyev Bəxtiyar Cavanşir oğlu - kapitan
Nuriyev Faiq Məhrəddin oğlu - polkovnik
Pənahov Nurlan Əjdər oğlu - baş leytenant
Seyidova Aysel Miryusif qızı - baş leytenant
Şərifli Sənan Şərif oğlu - mayor.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2012-ci il.