Tarverdi Həbibovdan, Bakı, Azərbaycan
Text size
02 noyabr 2020, 13:07
Cənab Prezident.
Mən Sizə şəxsən öz adımdan və ailəmizin adından təşəkkür edirəm. Sizin yüksək intellektiniz, dünya görüşünüz, dərin tarixi bilikləriniz sayəsində xarici jurnalistlərin qərəzli, bəzən də özlərinin məkrli xislətini əks etdirən, heç bir fakta əsaslanmayan suallarına yerindəcə tutarlı, lakonik və tarixi faktlarla verdiyiniz cavablar onlara əsl “master klass” olur. Sizin informasiya müharibəsindəki bu qələbələriniz bizi ən azı Ordumuzun cəbhədə qazandığı qələbələr qədər sevindirir. Allah Sizi və Ordumuzu qorusun!
Hörmətlə,
Tarverdi Həbibov
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.