logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə

Text size icon-size icon-size

16 mart 2012, 19:00

Hörmətli cənab Prezident,

İrlandiyanın milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 mart 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi