Kadir Irmakdan, Bakı, Azərbaycan
30 oktyabr 2020, 18:08
Hörmətli cənab Prezidentim.
Türk vətəndaşı olmağıma baxmayaraq Sizə “Prezidentim” deyə müraciət edirəm. Çünki mənim övladlarımın Prezidenti mənim də Prezidentimdir. Mənim həyat yoldaşım Azərbaycan vətəndaşıdır, uşaqlarım da Azərbaycanın övladları sayılır. İki qızım var, bir oğlum.
Bir gün qızım məndən “Biz niyə anamın doğulduğu kəndə gedə bilmirik” sualı verdi. Mən ona nə cavab verəcəyimi bilmədim. Çünki həmin kənd Qarabağda, işğal altında idi.
Siz şəhadətli Ordunuzla Azərbaycan torpaqlarını işğaldan azad etdiniz və bu işi davam etdirirsiniz. Allah Sizi xalqınızın üstündən əskik etməsin. Artıq mən qızımın suallarına qürurla “İnşallah, qızım, birlikdə o torpaqlara - ananın kəndinə gedəcəyik” cavabını verə biləcəyəm.
Mən Azərbaycan vətəndaşı olmasam da bu ölkədə yaşayır, Azərbaycanın çörəyini yeyirəm. Azərbaycan mənim də Vətənimdir. Buna görə mən də Vətənimi qorumaq üçün əmrinizə hazıram.
Sizə ailəm və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan və türk xalqı!
Hörmətlə,
Kadir Irmak.
Azərbaycan Respublikası, Bakı şəhəri.