Erdal Adlandan, Giresun, Türkiyə
29 oktyabr 2020, 14:51
Hörmətli cənab Prezident.
Müraciətimin əvvəlində tarix boyu Azərbaycanın və Türkiyənin azadlığı uğrunda şəhid olan bütün əsgərlərimizə Allahdan rəhmət diləyirəm.
Cənab Prezident, keçən əsrin 90-cı illərinin əvvəlində 10 yaşım olsa da Dağlıq Qarabağın işğal edilməsi barədə xəbərləri babamla birlikdə böyük ürək ağrısı ilə qarşıladıq, göz yaşlarımızı saxlaya bilmədik. İllərdir bu yara ürəyimizdə qaysaq bağlamır, içimizi qanadırdı. Amma əmin idim ki, əsl türk olan Azərbaycanlı qardaşlarım bir qarış torpaq belə verməzlər.
Erməni terroristlərini doğma torpaqlarınızdan qovmanıza çox sevindim. Onları sonacan qovun, 10 yaşında olan uşaqlarımızın bir daha üzülməsinə imkan verməyin.
Ermənilərin hələ 1915-1923-cü illərdə doğulduğum Girəsun şəhərində törətdikləri vəhşiliklər, tarix boyu türklərə qarşı xainlikləri hələ də yaddaşlardan silinməyib.
Siz mübarizənizdə qazandığınız qələbələrlə təkcə öz şəhidlərinizin deyil, erməni terrorunun qurbanı olan hər bir kəsin qisasını alırsınız.
Türkiyə hər zaman candan əziz olan Azərbaycanın yanındadır. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan üçün canından belə keçməyə hazırdır və bunu özlərinə şərəf bilirlər. Mən, həmçinin türk qanı daşıyan hər kəs haqq işinizi hələlik dualarımızla dəstəkləyirik. Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızda olduğumuzu unutmayın.
Şəhidlərinizə rəhmət, yaralılara şəfa diləyirəm.
Tanrı türkü qorusun!
Türk qanı daşıyan xoşbəxtdir.
Hörmətlə,
Erdal Adlan.
Türkiyə Respublikası, Giresun şəhəri.