Nadiyə Şəmkirlidən, Gəncə, Azərbaycan
Text size
29 oktyabr 2020, 10:38
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
İşğal olunmuş torpaqlarımızın azadlığı uğrundakı mübarizənizi alqışlayır, Sizə və şanlı Ordumuza uca Tanrıdan cansağlığı, yeni-yeni uğurlar diləyirəm. İcazənizlə keçirdiyim hisslərimi Sizə şeirlə təqdim edirəm:
Ey Ali Baş Komandanım!
Hər əmrinə müntəzirdir
Vətənimin oğulları,
Azərbaycan oğulları!
Səbrin doldu, daşdı daha,
Arxalandın bir Allaha.
Ön cəbhədə yanan mayak,
Türk dünyası sənə dayaq!
Azad olur torpaqlarım,
Azad olur Qarabağım.
Şəmkirliyiəm, səngiyəcək
Otuz illik ürək dağım!..
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qayalova Nadya Qənis qızı (Nadiyə Şəmkirli), təqaüdçü.
Azərbaycan Respublikası, Gəncə şəhəri.