logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Masallı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Text size icon-size icon-size

13 mart 2012, 15:40

Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulmuşdur. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait vardır.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi